Bu ölkə yenidən təhdid etdi: İki həftəyə Tehranı alarıq!

27.03.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Tehranı ələ keçirmək üçün bizə ən çoxu iki həftə vaxt lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri Uqanda ordusunun komandiri Muhuzi Kayneruqaba sosial media hesabında yazıb.

“Bunun üçün bir briqada kifayətdir”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə də Muhuzi Kayneruqaba İsrail tərəfdən müharibəyə qoşula biləcəklərini elan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью