Bu ölkədə 100 ildən çoxdur sevilən məşhur şorba

03.11.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qatı, ətirli və olduqca doyumlu olan bu şorba ABŞ-da bir əsrdən artıqdır ki, sevilərək hazırlanır. Onun əsas sirri sadə ərzaqlarda, yavaş bişirilməsində və zərif, kremə bənzər quruluşundadır.

Lent.az xarici mediaya isinadən xəbər verir ki, ABŞ Senatının yerləşdiyi Kapitoli binasının yeməkxanasında 100 ildən çoxdur xüsusi lobya şorbası təqdim olunur. Bu yemək artıq sadəcə məşhur şorba deyil, həm də Amerika mətbəxinin tarixi ənənələrindən birinə çevrilib.

Rəvayətə görə, şorbanın hər gün təqdim edilməsi ənənəsi XX əsrin əvvəllərində yaranıb. Bir versiyaya əsasən, bu təşəbbüs Aydaho ştatından olan senator Fred Dübua tərəfindən irəli sürülüb.

Digər versiyaya görə, Minnesota senatoru Knut Nelson 1903-cü ildə bu yeməyi o qədər bəyənib ki, onun yeməkxananın daimi menyusuna daxil edilməsini istəyib.

Məşhur şorbanın özəlliyi nədir?

Klassik reseptdə ağ lobya, hisə verilmiş donuz əti və sudan istifadə olunur. Ərzaqlar zəif odda uzun müddət bişirilir. Nəticədə lobya yumşalır, bulyon isə qatı və zəngin dadlı olur. Bişirilmənin sonunda kərə yağında qovrulmuş soğan əlavə edilir. Bəzi reseptlərdə yerkökü, kərəviz və dəfnə yarpağından da istifadə olunur.

Məşhur lobya şorbasının resepti

Lazım olan ərzaqlar

- 450 qram quru ağ lobya

- 350 qram hisə verilmiş donuz budu (sümüklü)

- 1,9 litr soyuq su

- Yarım çay qaşığı qida sodası

- 2 ədəd dəfnə yarpağı

- 70 qram yerkökü (istəyə görə)

 - 70 qram kərəviz (istəyə görə)

- 1 böyük baş soğan

- 15 qram kərə yağı

- Zövqə görə duz və təzə üyüdülmüş qara istiot

Hazırlanma qaydası

Əvvəlcə quru lobyanı təmizləyin, içərisində ola biləcək xırda daşları və digər qarışıqları ayırın. Daha sonra soyuq su ilə yaxşıca yuyun. Lobyanı böyük qazana tökün. Üzərinə hisə verilmiş əti, soyuq suyu, qida sodasını, dəfnə yarpaqlarını, doğranmış yerkökünü və kərəvizi əlavə edin.

Qazanı ocağa qoyub qaynadın. Su qaynamağa başladıqdan sonra odu azaldın və qazanın qapağını yarıaçıq saxlayın. Şorbanı təxminən 1,5 saat zəif odda bişirin. Daha sonra lobyanın yumşaqlığını yoxlayın. Əgər hələ də bərkdirsə, hər 30 dəqiqədən bir yoxlamaqla bişirməyə davam edin.

Lobya tam yumşalmalı, bulyon isə qatılaşmalıdır. Əti qazandan çıxarın və bir qədər soyumasını gözləyin. Daha sonra sümükdən ayırın, dərisini və sərt hissələrini təmizləyin. Əti xırda doğrayaraq yenidən şorbaya əlavə edin. Ayrı tavada kərə yağını əridin. Xırda doğranmış soğanı əlavə edib təxminən 5 dəqiqə yumşalana qədər qovurun.

Qovrulmuş soğanı şorbaya əlavə edin. Zövqə görə duz və qara istiot vurun. Bütün ərzaqları qarışdırıb bir neçə dəqiqə də bişirin.

Şorbanı daha dadlı etməyin sirri Şorbanın daha qatı və kremə bənzər olması üçün bişmiş lobyanın bir hissəsini qazanın içərisində əzə bilərsiniz. Beləliklə, qaymaq və ya süd əlavə etmədən də yumşaq quruluş əldə etmək mümkündür. Daha doyumlu yemək hazırlamaq istəyənlər şorbaya təxminən 250 millilitr kartof püresi də əlavə edə bilərlər. Bu üsul yeməyi daha qatı və zərif dadlı edəcək.

Hazır şorbanı isti halda süfrəyə verin. Yanında təzə çörək, qızardılmış çörək dilimləri və ya qarğıdalı çörəyi təqdim etmək olar. Sadə ərzaqlarla hazırlanan bu yemək artıq bir əsrdən çoxdur Amerika mətbəxinin ənənəvi və sevilən şorbalarından biri hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью