Bu ölkədə 100 mindən çox mal qara öldü VİDEO

01.04.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avstraliyada ölkənin şərq sahillərində güclü daşqınlar və çayların daşması nəticəsində 100 000-dən çox mal-qara ölüb. 

Ölkə.az xəbər verir ki, bu barədə Kvinslend hökuməti məlumat yayıb.

Kvinslend ştatının baş naziri David Crisafulli bildirib ki, sahilyanı şəhərləri birləşdirən federal magistral da daxil olmaqla 140-dan çox yol sel suları səbəbindən bağlanıb və sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar: 

“Daşqınlar nəticəsində biz 1 milyona yaxın inək və qoyun itirə bilərik, bu gün 100 min başdan çox iribuynuzlu mal-qaranın tələf olmasından xəbərimiz var”.

Avstraliya Milli Meteoroloji Xidmətinin məlumatına görə, Kvinslendin cənub-qərbində və Yeni Cənubi Uelsin şimalında 500 mm-ə qədər yağış yağıb, əkin sahələri və yollar su altında qalıb.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью