Bu ölkədə 1140 nəfərdə meymun çiçəyi hadisəsi aşkar edilib...

03.05.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qərbi Afrikada çiçək xəstəliyində yeni artım müşahidə olunur. Bu xəstəlikdən 9 nəfər dünyasını dəyişib.

Syerra-Leonedə (Qərbi Afrikada, Atlantik okeanı sahilində dövlət –A.B.). 2025-ci ilin əvvəlindən bəri mindən çox meymuna yoluxma halı qeydə alınıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“France Presse”in məlumatına görə, aprelin sonunda Qərbi Afrika ölkəsində yanvar ayından bu yana 763 xəstəliyə yoluxma halının müəyyən edildiyi bildirilib.

Agentlik vurğulayıb ki, Syerra-Leonedə çiçək xəstəliyinə yoluxma hallarında yeni artım müşahidə olunur.

Deyildiyi kimi, bu xəstəlikdən artıq 9 nəfər dünyasını dəyişib.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью