Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Monqolustanda təsdiqlənmiş qızılca hallarının sayı 14002-yə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Milli Yoluxucu Xəstəliklər Mərkəzinin məlumatına görə, 27 yanvar tarixinə 13967 qızılca halı qeydə alınıb, onlardan 12-si ölümlə nəticələnib. İki gün sonra, 29 yanvarda infeksiyaya yoluxanların sayı 14002-yə çatıb.
"Ən yüksək yoluxma nisbəti 10-14 yaş qrupunda olub - 5183 hal. Həmçinin, 0-4 yaşlarında 3330 uşaq, 5-9 yaşlarında 1806 uşaq və 15-19 yaşlarında 1751 yeniyetmə qızılcaya yoluxub", - deyə səhiyyə idarəsi bildirib.
İctimaiyyətə xəbərdarlıq edilib ki, əksər halların qeydə alındığı məktəblərdə qış tətilindən sonra yoluxma riskinin artması səbəbindən 1 yanvar 2011-ci il ilə 31 dekabr 2016-cı il arasında doğulmuş 10-15 yaş arası uşaqlara 6 fevral 2026-cı ilə qədər əlavə qızılca və məxmərək peyvəndləri vurulacaq.
Səhiyyə naziri Jigjidsuren Çinburen daha əvvəl Monqolustanda qızılca xəstəliyinin aşağı peyvənd nisbətləri (uşaqların 65%-i) səbəbindən artmağa başladığını bildirmişdi. 2015-2016-cı illərdə Monqolustanda sonuncu epidemiya zamanı 132 nəfər ölüb, 53.737 nəfər yoluxmuşdu.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin