Bu ölkədə 3 günlük matəm elan edildi

17.07.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İraqın Kut şəhərində yerləşən ticarət mərkəzində baş verən yanğın nəticəsində təxminən 50 nəfər həyatını itirib. Hadisə ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Vasit vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Mayya məlumat verib. Onun sözlərinə görə, yanğının səbəbləri araşdırılır və ilkin nəticələrin 48 saat ərzində açıqlanacağı bildirilib.

Vasit polis komandanlığı hadisəyə müdaxilə üçün mülki müdafiə qüvvələrinin tam səfərbər edildiyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью