Bu ölkədə 340 nəfər edam olundu

16.12.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Səudiyyə Ərəbistanı 2025-ci ildə icra olunan ölüm hökmlərinin sayına görə yeni rekord müəyyənləşdirib. İl ərzində krallıqda ümumilikdə 340 nəfər edam edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, edam olunan 232 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cəzalandırılıb. Bundan əlavə, dekabrın 15-də Məkkə vilayətində qətl törətməkdə təqsirli bilinən üç nəfər edam edilib. Bu barədə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu dövlət artıq ikinci ildir ardıcıl olaraq edam olunanların sayına görə öz rekordunu yeniləyir. Belə ki, ötən il 338 nəfər krallıqda ən ağır cəza növü olan ölüm hökmünə məhkum edilib.

Mütəxəssislər edam hökmlərinin sayının artmasını ölkədə iki il əvvəl başlanmış narkotiklərlə mübarizə kampaniyasının davam etməsi ilə əlaqələndirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью