Bu ölkədə 38 turtist yoxa çıxdı

03.12.2024

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreyanın Jeju adasına gələn təxminən 90 nəfərlik vyetnamlı qrupdan 38-i planlaşdırılan tarixdə ölkələrinə qayıtmayıb və yoxa çıxıb.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Jeju Turizm Təşkilatından verilən açıqlamaya görə, təxminən 90 nəfərlik bir Vyetnam turist qrupu noyabrın 14-də Vyetnamın Nha Trang şəhərindən VietJet Hava Yollarına məxsus təyyarə ilə Jejuya gəlib . Qrupdakı 38 turist noyabrın 17-də geri qayıdış reysinə az qalmış yoxa çıxsa da, digər turistlər planlaşdırıldığı kimi ölkələrinə qayıdıblar.

Səlahiyyətlilər 30 günlük vizasız səyahət icazəsi olan vyetnamlıların dekabrın 14-nə qədər adada qala biləcəyini bildiriblər. Lakin 38 nəfərdən heç bir xəbər olmadığı üçün hazırda onların axtarış prosesləri davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью