Bu ölkədə 38 vyetnamlı turist yoxa çıxdı

03.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreyanın Ceju adasına gələn təxminən 90 nəfərlik vyetnamlı qrupdan 38-i planlaşdırılan tarixdə ölkələrinə qayıtmayıb və yoxa çıxıb.

Publika.az xəbər verir ki, Ceju Turizm Təşkilatından verilən açıqlamaya görə, təxminən 90 nəfərlik vyetnamlı turist qrupu noyabrın 14-də “VietJet” Hava Yollarına məxsus təyyarə ilə Cejuya gəlib. Qrupdakı 38 turist noyabrın 17-də geri qayıdış reysinə az qalmış yoxa çıxsa da, digər turistlər planlaşdırıldığı kimi ölkələrinə qayıdıblar.

Səlahiyyətlilər 30 günlük vizasız səyahət icazəsi olan vyetnamlıların dekabrın 14-dək adada qala biləcəyini bildirərək, itkin düşən turistlərin tapılması üçün işlərə başlanıldığını açıqlayıb.

Aysel Şahmar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью