Bu ölkədə 4 gündə 200 zəlzələ baş verdi KONKRET

03.02.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yunanıstanda son dörd gündə 200-dən çox zəlzələ baş verib

KONKRET.az xəbər verir ki, Yunanıstanın Santorini adasını sarsıdan zəlzələlər, hakimiyyət orqanlarını məktəbləri və hava yollarını bağlamağa vadar edib.

Son dörd gündə Egey dənizində Santorini və Amorgos arasında 200-dən çox zəlzələ qeydə alınıb ki, onların da ən güclüsü 4,6 bal olub.

Səlahiyyətlilər Santorini, həmçinin Amorgos, Ios və Anafidəki məktəbləri bağlayıblar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью