Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən Labuan-Baco şəhərindən 161 kilometr cənub-qərbdə yerləşib. Təkanların ocağı 46 kilometr dərinlikdə olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Bizim.Media