Bu ölkədə AI tətbiqi fonunda iki mindən çox məmur ixtisar ediləcək

08.10.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Süni intellektin (AI) tətbiqi ilə əlaqədar Özbəkistan hökuməti bu ilin noyabrın 1-dək 2000-dən çox dövlət qulluqçusunu ixtisar edəcək.

“Qafqazinfo” xəbər verir ki, Prezident Şavkat Mirziyoyevin imzaladığı müvafiq fərman milli qanunvericilik bazasında dərc edilib.

Sənəd “Rəqəmsallaşmanın geniş tətbiqi yolu ilə dövlət hakimiyyətinin icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrin sayının optimallaşdırılması tədbirləri haqqında” adlanır.

Orada yaxın vaxtlarda ölkənin icra hakimiyyətində 2141 vəzifənin ixtisar ediləcəyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью