Bu ölkədə azan qadağan olunacaq

27.06.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Danimarka hökuməti ölkə üzrə azanın səsləndirilməsinin qadağan olunmasını yenidən müzakirə etməyə hazırlaşır.

Akşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin immiqrasiya naziri Morten Bodskov hökumətin azanın qadağan edilməsi ilə bağlı hüquqi əsasları yenidən qiymətləndirəcəyini açıqlayıb.

Nazir bildirib ki, azanın Danimarkanın ictimai məkanında yeri yoxdur:

"Azanın səsi Danimarkanın damlarından eşidilməməlidir. Danimarkada gəzərkən özünüzü İslamabadın bir hissəsində hiss etməməlisiniz" deyə, o, vurğulayıb.

Morten Bodskov həmçinin ölkədə artan "islamlaşma"nın ictimai məkanlara təsir göstərdiyini iddia edib.

Qeyd edək ki, bu, son altı ildə Danimarkada azanın qadağan olunması ilə bağlı üçüncü təşəbbüsdür. Oxşar təkliflər 2020 və 2025-ci illərdə də müzakirəyə çıxarılmışdı.

Bununla yanaşı, təşəbbüsün həyata keçirilməsi hüquqi maneələrlə üzləşə bilər. Belə ki, Danimarka Konstitusiyası dini ayinlərin açıq şəkildə icrasını təmin edən müddəaları özündə ehtiva edir.

Məlumata görə, təxminən 6 milyon əhalisi olan Danimarkada 270 minə yaxın müsəlman yaşayır. Ölkədə fəaliyyət göstərən məscidlərin sayının isə 100-ə yaxın olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью