Bu ölkədə benzinin qiyməti artıb

15.03.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən il Rusiyada benzinin qiyməti 11,13 % artıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Xidməti (Rosstat) məlumat yayıb. 

Bildirilib ki, bu artım 2023-cü ildəki 9,52 % inflyasiya səviyyəsini üstələyib.

2025-ci il yanvarın 1-dən martın 10-na kimi isə benzinin qiymətləri 1,39% artıb. Martın 10-na orta qiymətlər aşağıdakı kimi müəyyən edilib:

*Benzinin orta qiyməti: 59,20 rubl/litr (martın 3-də 59,10 rubl idi).
*AI-92: 56,02 rubl/litr (əvvəlki həftə 55,93 rubl).
*AI-95: 61,18 rubl/litr (əvvəlki həftə 61,06 rubl).
*AI-98: 83,80 rubl/litr (əvvəlki həftə 83,78 rubl).
İlin əvvəlindən dizel yanacağının (DT) qiymətləri 1,16% artıb. Martın 10-na olan məlumata görə, litrin orta qiyməti 70,99 rubl təşkil edib.

Rusiya hökuməti daxili bazarda qiymət sabitliyini təmin etmək məqsədilə benzinin ixracına qoyulan qadağanın müddətini avqustun 31-dək uzadıb.
Rusiya Energetika Nazirliyinin məlumatına görə, dizel yanacağının qiymətinin qalxması aşağıdakılarla bağlıdır:

• Qış dizel yanacağı növlərinə keçid
• Avtomobil daşımalarında artım.

Səlahiyyətlilər bildirirlər ki, bazar konyunkturasını nəzarətdə saxlamaq üçün əlavə tədbirlər görülə bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью