Bu ölkədə bütün siyasi partiyalar ləğv edildi

30.01.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Burkina-Faso hökuməti bütün siyasi partiyaları ləğv edib və onların bütün aktivlərini dövlətə təhvil verib. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Emil Zerbo məlumat yayıb. 

O,  parlamentin buraxılması qərarının "dövlətin yenidən qurulması" istiqamətində atılmış bir addım olduğunu bildirib və bunun səbəbi kimi çoxpartiyalı sistem daxilindəki sui-istifadə və əməliyyat problemlərini göstərib.

Zerbo həmçinin qeyd edib ki, siyasi partiyaların sayının həddindən artıq artması sosial bölünmələri qızışdırır. Burkina-Fasoda 100-dən çox qeydiyyatdan keçmiş siyasi partiya var.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью