Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci ildə Fransada pullu yollardan istifadəyə görə gecikmiş ödənişlərə görə sürücülərə 25 milyon avro (50 milyon manat) dəbbə pulu tətbiq edilib.
Avtosfer.az xəbər verir ki, faktı Fransanın tənqidi mediası üzə çıxarıb. Həm də məlum olub ki, cərimələr və dəbbə pulu yoldan istifadəyə görə ödənilən rüsumdan dəfələrlə artıqdır.
Monblan tuneli ilə bağlı da vəziyyət oxşardır. Gələn il tuneldən istifadəyə görə 4,8 milyon avro xidmət haqqı (təxminən 10 milyon manat), 19 milyon avro isə cərimə və dəbbə pulu yığılması gözlənilir.
Maraqlı burasıdır ki, Fransada ödənişli yollarda şlaqbaum, buraxılış məntəqəsi və ya digər maneə yoxdur. Yalnız yolun başlanğıcında ödənişli yolla bağlı nişan olur, vəssalam. Çox vaxt sürücülər bu nişana fikir vermirlər. Əcnəbi sürücülərin böyük hissəsi yalnız fransızca olan bildirişi başa düşmür.
Vüqar