GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. Benində dövlət çevrilişinə cəhd baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “La Nouvelle Tribune” nəşri məlumat yayıb.
Bildirilib ki, hərbçilər ölkədə hakimiyyəti ələ keçirdiklərini və Prezident Patrik Talonu devirdiklərini iddia ediblər: “Hazırda bəzi dövlət institutları da buraxılıb.
Polkovnik-leytenant Tiqri Paskalın komandanlığı altında olan əsgərlər daha sonra milli televiziya binasını ələ keçirib, Talonun vəzifəsindən kənarlaşdırıldığını və bütün dövlət qurumlarının fəaliyyətinin dayandırıldığını elan ediblər.
Hazırda Paskalın rəhbərlik etdiyi hərbi komitə bütün hakimiyyəti öz əlində cəmləşdirib.
Devrilmiş prezidentin harada olduğu barədə məlumat yoxdur”.
Qeyd edək ki, Prezident Talon 2016-cı ildən hakimiyyətdədir və gələn ilin aprelində keçiriləcək prezident seçkilərindən sonra istefaya getməli idi.
Hakim partiyanın namizədi, keçmiş maliyyə naziri Romuald Vadanji seçkilərdə favorit hesab olunurdu.