Bu ölkədə də zəlzələ baş verdi

12.08.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə ölkənin Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar avqustun 12-də yerli vaxtla saat 13:14-də baş verib. Zəlzələnin episentri Aktüz kəndindən 15 kilometr cənub-şərqdə, paytaxt Bişkekdən isə 117 kilometr cənub-şərqdə yerləşib.

Hələlik zəlzələ nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, avqustun 10-da Kolumbiyada 7,4 bal gücündə güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində çoxsaylı evlər dağılıb, ölkədə fövqəladə vəziyyət elan olunub. Hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb və zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər aparılır.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью