Bu ölkədə “DeepSeek” proqramından istifadə mümkün olmayacaq

27.06.2025

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Almaniya Çinə məxsus “DeepSeek” süni intellekt proqramını qadağan etmək istiqamətində addımlar atıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Almaniyanın Verilənlərin Təhlükəsizliyi İdarəsindən məlumat verilib.

“Almaniya DeepSeek süni intellekt proqramını "Apple" və "Google"-a məxsus axtarış sistemlərindən xaric etmək istiqamətində tədbirlər görüb. Çünki Çinin nəzarətində olan bu proqram verilənlərin qorunması siyasətinə ciddi xələl gətirir. DeepSeek bizə alman istifadəçilərin şəxsi məlumatlarının Avropa ölkələrində olduğu kimi, Çində də qorunacağına işarə edən heç bir zəmanət verməyib”-deyə məlumatda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью