Bu ölkədə dəhşətli istidən 100 dən çox adam öldü

03.06.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyada anomal isti hava şəraiti nəticəsində həyatını itirənlərin sayı 101 nəfərə çatıb.

Lent.az "El Mundo" qəzetinə istinadən xəbər verir ki, may ayında yüksək temperatur səbəbindən ölənlərin əksəriyyəti ölkənin şimal bölgələrində qeydə alınıb.

Nəşr bildirir ki, may ayında istidən ölənlərin sayı ölkə tarixində rekord həddə çatıb.

Məlumata əsasən, mayın son həftəsində İspaniyanın bir sıra bölgələrində temperatur normadan 10-15 dərəcə yüksək olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью