Bu ölkədə Ebolaya yoluxan və xəstəlikdən ölənlərin sayı çoxalıb

27.06.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 48 nəfər artaraq 1203-ə çatıb.

Ölkə.az xəbər verir ki, bu barədə Konqo Rabitə və Media İşləri Nazirliyi gündəlik bülletenində məlumat verib.

Eboladan ölənlərin sayı dünənkindən 17 nəfər çox olmaqla 321 nəfərə çatıb. Ölüm nisbəti isə 26,6%-dir. Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Onun episentri İturi əyalətindədir. Qonşu Uqandada da Eboladan yoluxma və ölüm halları var.(report)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью