Bu ölkədə elektrikdoldurma məntəqələri bağlanır SƏBƏB

27.02.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

İlk baxışdan təzadlı görünsə də, reallıqdır.

Avtosfer.az xəbər verir ki, ABŞ-nin Hökumətin Səmərəliliyi Departamenti (DOGE) dövlətə aid torpaqlarda yerləşən bütün elektrikdoldurma məntəqələrinin bağlanmasına göstəriş verib. Qərar 8 mindən çox məntəqəni əhatə edir. Artıq məntəqələrin onlayn xəritəsi internetdən yığışdırılıb. Bağlanma da yaxın günlərdə reallaşacaq. Hazırda cəmi 57 məntəqə fəaliyyətini davam etdirir. Bu addım büdcə vəsaitlərinə qənaət məqsədi ilə atılıb.
Bundan başqa, Co Bayden dövründə xidməti avtomobillərin elektromobillə əvəzlənməsi üçün nəzərdə tutulan 5 milyard dollarlıq layihənin də icrası dayandırılıb.
Teslaya gəlincə, bu qərar nə şirkətə, nə də bu maşınların sürücülərinə təsir edir. Çünki, Teslanın özünün sürətli doldurma məntəqələri var.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью