Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniyada mənzil almaq üçün kifayət qədər vəsaiti olmayan şəxslərə yeni ipoteka imkanı yaradılıb.
“The Guardian” nəşrinin məlumatına görə, ölkənin ən böyük tikinti-maliyyə cəmiyyəti olan “Nationwide” mənzilin dəyərinin cəmi 1 faizi həcmində ilkin ödəniş tələb edən ipoteka proqramına start verib.
Yeni proqram çərçivəsində ilk dəfə mənzil alan şəxslər illik gəlirlərinin altı mislinədək kredit götürə biləcəklər. Kreditin illik faiz dərəcəsi ilk beş il ərzində 5,99 faiz təşkil edəcək.
Lakin ekspertlər yeni ipoteka proqramının ciddi maliyyə riskləri yaratdığı barədə xəbərdarlıq edirlər. Mənzil qiymətlərinin hətta cüzi azalması kredit borcunun əmlakın bazar dəyərindən yüksək olmasına səbəb ola bilər.
Belə vəziyyətdə mənzil sahibləri əmlaklarını satmaqla belə banka olan borclarını tam ödəyə bilməyəcəklər.
Proqram fərdi qaydada çalışan şəxslərə şamil edilmir. Yeni tikilmiş mənzillərin alınmasına da icazə verilmir. Kredit götürmək istəyən şəxslərin ödəmə qabiliyyəti ciddi şəkildə yoxlanılacaq.(Musavat.com)