Bu ölkədə evdən işləməyi qanuna salmaq istəyirlər

03.08.2025

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Avstraliyanın Viktoriya ştatının Baş naziri Jasinta Allan məsafədən işləməyi qanun çərçivəsinə salmaq istəyir.

Baş nazir bu iş rejiminin “tələb deyil, hüquq” olduğunu bildirib.

Allan qeyd edib ki, şərait imkan verdiyi təqdirdə işçi həftədə iki gün evdən işləyə bilməlidir. Bu yolla işçilər daha səmərəli çalışacaq, ailələrinə daha çox vaxt ayıracaq və pula qənaət edəcəklər.

Bundan əlavə, məsafədən iş həm yollarda sıxlığı azaldacaq, həm də qadınların əmək bazarında daha fəal iştirakına imkan verəcək.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью