Bu ölkədə evtanaziya LEQALLAŞDIRILDI

28.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Avstraliyanın Şimal Ərazisi parlamentinin müvafiq qanunu qəbul etməsindən sonra evtanaziya ölkənin bütün ştat və ərazilərində leqallaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Qəbul edilən qanuna əsasən, evtanaziya prosedurundan ömrünün 12 aydan az qalacağı proqnozlaşdırılan sağalmaz xəstələr istifadə edə biləcəklər.

Qanunda həkimlərin xəstəyə evtanaziyanı öz təşəbbüsləri ilə təklif etməsi qadağan olunur. Bu prosedurla bağlı müraciət birbaşa xəstənin özündən gəlməlidir.

Şimal Ərazisinin hökumət başçısı Liya Finokkyaaro qərarı mühüm islahat kimi qiymətləndirib.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью