Bu ölkədə fövqəladə hallar naziri həbs edildi

19.09.2026

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib.

Yerli medianın yazdığına görə, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb.

Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayət Məcəlləsinin 337-ci maddəsinin 4-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) üzrə ittiham irəli sürülüb. Keçmiş məmur ötən gün saxlanılmışdı.

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью