Bu ölkədə gənclər zorla evləndirilir

04.03.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Əhalinin azaldığı Çində işəgötürənlər işçilərini zorla evləndirməyə başlayıblar.

Metbuat.az xəbər verir ki, bəzi özəl şirkətlər işçilərinə evlənmək üçün təzyiq göstərir. İddialara tələbi rədd edənlər işdən çıxarılmaqla hədələnir. Məlumata görə, son illər Çində doğum ilə evlilik nisbəti azalıb. Buna görə də, bəzi dairələr tədbirlərə başlayıb. Bildirilir ki, ötən il Çində cəmi 6,1 milyon cütlük evlənib. Əvvəlki illə müqayisədə 20 faiz azalma olduğu halda, əhalinin sayının azalması da diqqəti çəkir.

Yerli dairələr bunun üçün ehtiyat tədbirləri və təşviqlər irəli sürsələr də gənclərin iqtisadi problemlərə görə evlənməkdən qaçdıqları bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью