Bu ölkədə göyərçin yemləmək qadağan edildi, səbəb isə...

18.08.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hindistanın qərbində yerləşən Mumbay şəhərində göyərçinlərin ictimai yerlərdə yemlənməsi qadağan edilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu ölkədə 2000-ci ildən bəri göyərçin populyasiyasının 150%-dən çox artdığı bildirilir. Bunun ciddi ekoloji və sağlamlıq problemləri yaratdığı deyilir.

Tədqiqatçılar göyərçin nəcislərinin pnevmoniya, göbələk infeksiyaları və daimi tənəffüs problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Hindistanda 2023-cü ilin hesabatına görə, hər bir göyərçin ildə 15 kiloqrama qədər nəcis buraxa bilər.

Ötən illərdə Dehlidə bir uşağın göyərçin nəcisinə uzun müddət məruz qalması nəticəsində ölməsi mütəxəssislərin narahatlıqlarını artırıb.

Billurə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью