Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərakatı ölkədəki gözəllik salonlarını hədəfə alan qərar qəbul edib.
Ölkə.Az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, gözəllik biznesi sahiblərinə bir ay müddətində salonları bağlanmaları barədə xəbərdarlıq edilib.
Qadağaya əməl etməyənlərin həbs ediləcəyi vurğulanıb.
Qeyd edək ki, Əfqanıstanda gözəllik salonları 2023-cü ilin avqustunda Taliban tərəfindən bağlanıb və nəticədə 12.000 müəssisə fəaliyyətini dayandırıb.
Bununla belə, ölkənin müxtəlif yerlərində yeraltı salonlar fəaliyyətini davam etdirir.
İndi isə hökumət yeraltı salonların da kökünü kəsməyi qərara alıb.