Bu ölkədə güclü ZƏLZƏLƏ OLDU

11.09.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın cənub-qərbində, Baden-Vürtemberq və Reynland-Pfalts bölgələrinin sərhədində yerləşən Mannheim şəhəri yaxınlığında 3,3 ilə 3,4 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Almaniyanın Cənub-Qərb Seysmoloji Xidmətinin ilkin təhlilinə görə, zəlzələnin episentri Mannheim şəhərinin şimalında yerləşən Vorms bələdiyyəsində yerləşib.

Zəlzələlər həm Vormsda, həm də Mannheimdə hiss olunub. Nəşrin məlumatına görə, Baden-Vürtemberq Geoloji Xidməti zəlzələni "zəif" kimi təsnif edib və episentrdən 20 kilometr radiusda hiss oluna biləcəyini bildirib.

Xəsarət və ya dağıntı barədə məlumat yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью