Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ oldu

21.12.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Vanuatuda 6,2 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 35,9 min nəfər əhalisi olan Port Villa şəhərindən 27 km şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, dekabrın 17-də ABŞ Geoloji Xidməti Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ baş verdiyini bildirib. Hadisə nəticəsində Yeni Zelandiya, ABŞ, Fransa və bir sıra digər ölkələrin səfirliklərinin yerləşdiyi binalara ziyan dəyib. Sinxua agentliyinin məlumatına görə, təbii fəlakət nəticəsində iki Çin vətəndaşı həlak olub.//Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью