Bu ölkədə güclü zəlzələ oldu

23.05.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 1,4 milyon insanın yaşadığı Sumatra adasında yerləşən Palembang şəhərindən 295 km cənub-qərbdə, ocağı isə 55 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью