Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaponiyanın şimal-şərq sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, "Kyodo" xəbər agentliyinin məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi mərkəz nöqtəsi Sakit okean olan zəlzələnin dərinliyinin 10 kilometr olaraq ölçüldüyünü açıqlayıb.
Açıqlamada 7,4 bal gücündəki zəlzələdən sonra İvate, Aomori və Hokkaydo bölgələrində hündürlüyü 3 metrə çata biləcək sunaminin yarana biləcəyi barədə xəbərdarlıq edilib.
Digər tərəfdən, zəlzələ səbəbindən Tokio ilə Aomori əyalətləri arasındakı bəzi qatar səfərləri dayandırılıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin