Bu ölkədə hepatit A virusu sürətlə yayılır

01.04.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Çexiyalı mütəxəssislər ölkədə hepatit A-ya yoluxanların sayında artım qeydə alıblar.

"Unikal" xəbər verir ki, bu barədə Çexiya Dövlət İctimai Səhiyyə İnstitutu məlumat yayıb. 

Bildirilir ki, 2025-ci ildə respublikada yoluxucu sarılıq və “çirkli əllər xəstəliyi” kimi tanınan bu virus xəstəliyinə 320 yoluxma halı qeydə alınıb. Bu rəqəm ötən il hepatit A diaqnozu qoyulanların ümumi sayının yarıdan çoxunu təşkil edir. Həkimlər vətəndaşlara gigiyena tələblərinə ciddi əməl etmələri ilə bağlı təcili tövsiyələr veriblər.

2024-cü ildə Çexiyada hepatit A-ya yoluxmuş 636 vətəndaş qeydə alınıb. Xəstəlik onlardan ikisinin ölümünə səbəb olub. Hesabatdan göründüyü kimi xəstəliyin yayılması tendensiyası artır.

Bu arada, çex həkimlərinin fikrincə, hepatit A növü başqa ölkələrdə də yayılır. Virus yayılmağa davamlıdır. Xəstəliyin inkubasiya dövrü 50 günə qədər davam edir. Xəstəlik tez-tez simptomlar olmadan davam edir və yalnız həkimlər tərəfindən təyin olunan testlərlə aşkar edilə bilər.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью