Bu ölkədə hökumət buraxıldı

02.06.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Sudanın yeni baş naziri Kamil İdris hökuməti buraxmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Sudan xəbər agentliyi məlumat yayıb.

İdris nazirlər və onların müavinlərinə yeni kabinet formalaşana qədər öz vəzifələrini yerinə yetirməyi tapşırıb.

Xatırladaq ki, mayın ortalarında Sudanın Suveren Şurasının (ölkənin müvəqqəti idarəetmə orqanı) sədri Əbdülfəttah əl-Burhan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının keçmiş rəhbəri və prezidentliyə namizəd Kamil İdrisi baş nazir təyin edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью