Bu ölkədə ildırım insanların üzərinə düşdü, ölən və yaralananlar var

10.04.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Əkin sahəsində işləyən şəxsləri ildırım vurub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Hindistanın Bihar əyalətində baş verib.

Belə ki, güclü yağışlardan sonra səhər saatlarında əyalətin 3 rayona ildırım düşüb.

Hadisə nəticəsində azı 9 nəfər həlak olub, çox sayda insan yaralanıb. 

Ən çox ölüm halı 5 nəfərin öldüyü Bequsaray rayonunda qeydə alınıb. Madhubani rayonunda biri kişi, 2-si qız olmaqla 3 nəfər, Darbhanqada isə yaşlı adamı ildırım vurararaq öldürüb.

Ölənlərdən bəzilərini tarlada işləyərkən ildırım vurduğu bildirir.

Billurə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью