Bu ölkədə ildırım vurması 14 nəfərin ölümünə səbəb oldu

27.04.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Asiyada ildırım vurması nəticəsində 14 nəfər ölüb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Banqladeşdə baş verib.

Belə ki, Banqladeşin Qaybandha, Thakurgaon, Sirajganj, Camalpur, Pançaqarh, Boqura və Natore rayonlarında təbiət hadisəsi nəticəsində 14 nəfər həlak olub.

Meteorologiya rəsmiləri ölkənin bəzi yerlərində yağışın daha bir neçə gün davam edəcəyini bildiriblər.

Billurə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью