Bu ölkədə insan cəsədlərinin kremasiyası qadağan olundu

05.08.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, yeni qanunvericiliyə əsasən, ölkədə vəfat edən şəxslərin yandırılması (kremasiyası) rəsmən qadağan edilib.

Dəyişikliklərə əsasən, qanunvericilikdən kül saxlanılan urnaların dəfn edilməsi ilə bağlı maddələr çıxarılıb, kremasiyanın bir dəfn növü kimi tətbiqini nəzərdə tutan normalar isə hüquqi qüvvəsini itirib.

Qanunun yeni redaksiyasına əsasən, "kremasiya" anlayışı bundan sonra yalnız tibbi fəaliyyət nəticəsində yaranan bioloji tullantıların termiki məhv edilməsi prosesinə şamil olunacaq. Ölkədəki krematorilərdən isə mülki dəfnlər üçün deyil, yalnız bu kimi sanitariya-gigiyena məqsədləri üçün istifadə ediləcək. (musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью