Bu ölkədə insanların əksəriyyəti 100 yaşına qədər YAŞAYIR

03.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"National Geographic" jurnalının elmi əməkdaşı Den Büttner ömrü uzatmağın ən xoş üsullarından biri barədə danışıb.

Redaktor.az xəbər verir ki, onun tövsiyələrinə "Daily Mirror" nəşri diqqət çəkib.

Uzunömürlü insanların həyat tərzini araşdıran alim bildirib ki, Yunanıstanda insanların tez-tez 100 yaşına qədər yaşamasının səbəblərindən biri günorta yuxusu vərdişidir. Büttnerin sözlərinə görə, günorta yeməyindən sonra yatmaq həmin ölkədə geniş yayılmış adətdir.

“Ömrü uzatmağın ən yaxşı yolları həyat keyfiyyətini artıran və insana həqiqi zövq verən üsullardır. Günorta yuxusu da onlardan biridir”, — deyə alim vurğulayıb.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью