Bu ölkədə iş yerlərinin sayı azalıb

26.03.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Cənubi Çinin istehsalat mərkəzlərində maaşlar durmadan artır, Cənub-Şərqi Asiya ölkələri isə rəqabəti getdikcə daha da gücləndirirlər. 

"Cebheinfo.az" "Financial Times"-a istinadən xəbər verir ki, bu dəyişikliklər Çin iqtisadiyyatının əvvəlki kimi ucuz istehsala arxalanmasını çətinləşdirir.

Ölkədəki fabriklər çətin seçim qarşısındadır, ya avtomatlaşmaya sərmayə qoyaraq iş yerlərinin azalmasına razılaşmalı, ya da tədricən geriləməyə məruz qalmalıdırlar.

Ekspertlərin fikrincə, bu tendensiya Çinin ucuz istehsaldan tədricən uzaqlaşdığını göstərir.

Çançjou Universitetinin araşdırmasına görə, 2011-2019-cu illər arasında Çində əmək tutumlu 12 əsas sənaye sahəsində iş yerlərinin sayı 14 % azalıb ki, bu da təxminən 4 milyon insanın işini itirməsi deməkdir.

Səbinə Uğur 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью