Bu ölkədə işçilərə ev heyvanı xəstələnsə, məzuniyyət verilir

20.04.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İtaliyada heyvan hüquqları sahəsində diqqətçəkən yeni bir addım atılıb.

Ölkə.az xəbər verir ki, yeni qaydalara əsasən, ev heyvanı xəstələnən işçilər müəyyən şərtlər daxilində maaşlarından kəsinti olmadan ödənişli məzuniyyət götürə biləcəklər. Bu məzuniyyət ailə üzvü xəstələndikdə verilən icazəyə bənzər şəkildə tətbiq olunacaq.

İtaliya-da qəbul edilən bu qərar, ev heyvanlarının artıq sadəcə “canlı varlıq” deyil, ailənin bir hissəsi kimi qəbul edildiyini vurğulayır.

Bu tətbiqin digər ölkələrə də nümunə olub-olmayacağı isə müzakirə mövzusudur.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью