Bu ölkədə kameralı ağıllı eynəklər qadağan oluna bilər

23.09.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avstraliya hökuməti dövlət qurumlarında kamerası olan ağıllı eynəklərdən istifadənin qadağan edilməsini nəzərdən keçirir.

Axşam.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, təşəbbüs məxfilik və təhlükəsizliklə bağlı risklərlə əlaqələndirilir. Hökumət nümayəndələrinin sözlərinə görə, belə bir qadağa dünyada ilk nümunə ola bilər.

Qanun layihəsinin hazırlanması çərçivəsində ölkənin ən böyük işəgötürənləri ilə də məsləhətləşmələr aparılacaq. Onların arasında “Microsoft”, “Commonwealth Bank”, “Telstra” və “AGL” şirkətləri də var.

Qeyd edək ki, ötən il Avstraliya yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qəbul edən ilk ölkə olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью