Bu ölkədə kişi qıtlığı yarandı 7600 manat maaş təkif edirlər

05.11.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

İsveçin azalan kişi əhalisinin sayını artırmaq məqsədilə xaricdən kişiləri ölkəyə dəvət etməyə hazırlaşdığı və gələn şəxslərə aylıq 3800 avro ödəyəcəyi barədə iddialar yayılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu məlumat sosial şəbəkələrdə və müxtəlif informasiya platformalarında müzakirələrə səbəb olub. İddialara görə, proqram İsveçdə əhali balansının qorunmasına yönəlib.

Lakin ölkəyə köçəcək kişilərə aylıq 3800 avro ödənilməsi ilə bağlı rəsmi təsdiq yoxdur. Proqramın müraciət şərtləri, yaş həddi, əhatə edəcəyi ölkələr və qeydiyyat tarixləri barədə də İsveçin səlahiyyətli qurumları tərəfindən məlumat açıqlanmayıb.

İsveçdə əcnəbilərin iş icazəsi alması üçün müəyyən əməkhaqqı tələbləri mövcuddur. 1 iyun 2026-cı ildən qüvvəyə minən qaydaya əsasən, iş icazəsi üçün ümumi minimum aylıq əməkhaqqı tələbi 34 470 İsveç kronasıdır.

Bu məbləğ ölkəyə köçən şəxslərə dövlət tərəfindən verilən müavinət deyil. Söhbət işəgötürənin işçiyə ödəməli olduğu əməkhaqqından gedir.

3800 avro ödənişlə bağlı iddialardan sonra İsveçə necə müraciət etmək, hansı yaş qruplarının qəbul olunacağı və proqramın hansı ölkələrin vətəndaşlarını əhatə edəcəyi barədə suallar yaranıb.

Ancaq bu məsələlərlə bağlı rəsmi müraciət mexanizmi və qəbul meyarları mövcud deyil.

Beləliklə, İsveçin kişiləri ölkəyə cəlb etmək üçün xüsusi immiqrasiya proqramı başladacağı və onlara aylıq 3800 avro ödəyəcəyi barədə məlumatlar hələlik təsdiqlənməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью