Bu ölkədə kommunistlər və sosialistlər ayaqlandı: Hökumətə etimadsızlıq

05.12.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

Moldovada müxalif Kommunistlər və Sosialistlər Blokunun deputatları hökumətə etimadsızlıq səsverməsi ilə çıxış ediblər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə blokun deputatı Petru Burduja bildirib.

O qeyd edib ki, ölkənin hakim Fəaliyyət və Həmrəylik Partiyası “xarici tərəfdaşların alqışları və rəğbəti müqabilində ölkənin milli maraqlarını, vətəndaşların rifahını və övladlarımızın gələcəyini” qurban vermək niyyətindədir. Burdujanın sözlərinə görə, üç il ərzində Moldova enerji böhranından çıxmayıb və hakimiyyətin ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün dəqiq siyasəti, strategiyası yoxdur. O, hökumətin verdiyi vədlərin əksinə olaraq vəziyyətin daha da pisləşdiyi qənaətinə gəlib.

Xatırladaq ki, bundan əvvəl Moldovada vətəndaşların 40 faizi prezident Maya Sandunun partiyasına qarşı çıxıb. Respondentlər əsasən keçmiş prezident İqor Dodonun Sosialistlər Partiyasına üstünlük verirlər.

Adəm Abbaslı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью