Bu ölkədə kütləvi məzarlıq tapıldı

01.02.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq alimlər qrupu İordaniyanın Ceraş şəhərində apardıqları araşdırma zamanı Yustinian çumunun müasir COVID-19 pandemiyası ilə diqqətçəkən oxşarlıqlarını üzə çıxarıb. Tədqiqat ABŞ rəhbərliyi altında həyata keçirilib və nəticələr "Journal of Archaeological Science" jurnalında dərc olunub.
Demokrat.az xəbər verir ki, araşdırma eramızın 541–750-ci illəri arasında Vizantiya imperiyasında milyonlarla insanın həyatına son qoymuş Yustinian çumunun qurbanlarına həsr olunub. Alimlər həmin insanların həyat tərzini, xəstəliyə qarşı həssaslığını və pandemiyanın episentrində necə toplaşdıqlarını təhlil ediblər.
Məlumata görə, Aralıq dənizi regionunda indiyədək qeydə alınmış ən erkən pandemiyaya aid ilk kütləvi məzarlıq məhz Ceraşda aşkarlanıb. DNT analizləri göstərib ki, bu məzarlıq uzun müddət ərzində formalaşmayıb, əksinə, qısa zaman kəsiyində baş vermiş vahid dəfn hadisəsinin nəticəsidir. Bu fakt xəstəliyin sürətli və kütləvi şəkildə yayılmasını təsdiqləyir.
Tədqiqat zamanı müəyyən edilib ki, çumadan zərər çəkənlər yaş və sosial baxımdan müxtəlif qruplara aid olub. Alimlər bildirirlər ki, əsasən hərəkətli həyat tərzi sürən insanlar xəstəlik səbəbilə eyni məkanda cəmlənərək faktiki olaraq təcrid vəziyyətinə düşüblər. Bu hal COVID-19 pandemiyası dövründə səyahətlərin dayanması və insanların məcburi izolyasiyası ilə müqayisə edilir.
Qeyd olunur ki, daha əvvəl aparılan genetik araşdırmalar Yustinian çumunun bir neçə ştammının mövcud olduğunu üzə çıxarıb. Ekspertlərin fikrincə, epidemiyanın miqyası uzun illər olduğundan az qiymətləndirilib və xəstəlik demək olar ki, bütün Avropanı əhatə edib.
Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью