Bu ölkədə matəm elan edildi

10.07.2026

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın Əndəlusiya bölgəsində baş verən güclü meşə yanğını çoxsaylı insan itkisinə səbəb olub.

Metbuat.az xəbər verir ki, Almeriya vilayətinin Los-Qalyardos qəsəbəsi yaxınlığında qeydə alınan hadisədən sonra bölgədə üçgünlük matəm elan edilib. Bu barədə Əndəlusiya muxtar icmasının rəhbəri Xuanma Moreno məlumat verib. Məlumata görə, yanğın nəticəsində azı 12 nəfər həyatını itirib. 23 nəfərin taleyi barədə məlumat yoxdur.

Ərazidə axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir. Məlumata görə, həlak olanların əksəriyyətinin xarici ölkə vətəndaşlarıdır. Bildirilir ki, bəzi şəxslər təhlükəsiz sığınacaqda qalmaq barədə edilən xəbərdarlıqlara baxmayaraq avtomobillərlə ərazidən çıxmağa cəhd göstəriblər. İspaniyanın Baş naziri Pedro Sançes faciə ilə əlaqədar həlak olanların ailələrinə başsağlığı verib və yanğınla mübarizə aparan xilasedicilərə təşəkkür edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью