Bu ölkədə MATƏM ELAN OLUNDU

24.09.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun qardaşı, 76 yaşlı Şeyx Əhməd bin Rəşid Əl Məktum vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Time of Dubai” məlumat yayıb.
Bildirilib ki, Şeyx Əhməd sentyabrın 21-də vəfat edib. Bununla əlaqədar Dubay hökmdarının sarayı tərəfindən əmirlikdə 10 günlük rəsmi matəm elan olunub.
Şeyx Əhməd bin Rəşid Əl Məktum Dubay Polisində və İctimai Təhlükəsizlik sahəsində rəhbər vəzifələrdə çalışıb. O, həmçinin A.R.M. Holdinq və Dubay Daşınmaz Əmlak Mərkəzinin sədri olub.
Mərhum BƏƏ Peşəkar Liqasında çıxış edən “Əl-Vəsl” futbol klubuna da rəhbərlik edib. Bundan əlavə, o, Dubay hökmdarının ikinci müavini vəzifəsini tutub.
Şeyx Məhəmməd bin Rəşid Əl Məktum sosial şəbəkələrdə qardaşının vəfatı ilə bağlı başsağlığı verib və ona ehtiramını ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью