Bu ölkədə matəm elan olundu SƏBƏB

27.12.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Hindistanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Hindistan hakimiyyəti keçmiş baş nazir Manmohan Singh-in vəfatı ilə əlaqədar 7 günlük matəm elan edib.

Manset.az xəbər verir ki, Milli matəm 2025-ci il yanvarın 1-dək qeyd olunacaq.

"Bu müddət ərzində Hindistanda milli bayraq yarıya qədər endiriləcək və heç bir rəsmi əyləncə tədbiri keçirilməyəcək", - nazirlik bildirib.

"The Times of India" yazır ki, dekabrın 27-i cümə günü Nazirlər Kabinetinin iclası planlaşdırılır. Hindistan Milli Konqresinin baş katibinin sözlərinə görə, bütün təbliğat və maarifləndirmə proqramları yalnız 3 yanvar 2025-ci ildə bərpa olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью