Bu ölkədə mədən çökdü 227 ölü

31.01.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Konqo Demokratik Respublikasının şərq bölgəsində, “23 Mart Hərəkatı” (M23) üsyançılarının nəzarətində olan ərazidə yerləşən mədəndə çökmə baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə nəticəsində azı 227 nəfərin həyatını itirdiyi bildirilir.

Faciə Şimali Kivu əyalətinin Rubaya şəhəri ətrafında qeydə alınıb. Xilasedicilər əməliyyatları davam etdirir və ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, sözügedən mədən elektronika sənayesində geniş istifadə olunan və qlobal miqyasda yüksək tələbat olan koltan mineralının hasil edildiyi sahələrdən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью