Bu ölkədə məhbuslara pişik saxlamağa icazə verilə bilər

22.01.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Rusiyada məhkumların daha mehriban ola bilməsi üçün həbsxanalarda pişik saxlanılmasına icazə verilə bilər.

"Unikal" xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Georgi Arapov belə bir təkliflə çıxış edib. Bildirilir ki, Yekaterinburq və Omsk islah koloniyalarında məhbusların administrasiyanın icazəsi ilə artıq ev heyvanları var.

"Ancaq bu, hələlik sadəcə bir sınaqdır", - deputat qeyd edib. 

Arapov hesab edir ki, pişiklər məhbusların psixoloji vəziyyətinə müsbət təsir edir, aqressiya səviyyəsini azaldır. Və heyvanlar empatiya, xeyirxahlıq və digər müsbət keyfiyyətləri inkişaf etdirməyə kömək edir.

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью